İran səhvlərindən "dərs aldı" - Vurulan bütün raket obyektləri bərpa edildi
İranın ABŞ-nin zərbələrinə məruz qalmış bütün raket istehsalı müəssisələri bərpa edilib və təhlükəsiz ərazilərdə yerləşdirilib.
TodayPress TV xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş komandanının müşaviri Məhəmməd Rza Nəqdi “Al-Mayadeen” telekanalına müsahibəsində danışıb.
“İranın bu müharibədə üstünlüyü ondan ibarətdir ki, bütün silahlar ölkə daxilində istehsal olunur. Bütün obyektlər mümkün qədər təhlükəsiz yerlərdə bərpa edilib və hazırda müasir qabaqcıl texnologiyalardan istifadə etməklə fəaliyyət göstərir, daha yüksək istehsal həcmini təmin edir”, - deyə o bildirib.
Nəqdi qeyd edib ki, bəzi köhnə müəssisələr onların koordinatları və yerləşdiyi yer məlum olduğu üçün zəif müdafiə olunurdu, lakin İran buraxılmış səhvlərdən nəticə çıxarıb.
Aysel Mətləb