İran ABŞ təyyarəsini vurdu - İDDİA/VİDEO
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın cənub səmasında ABŞ-yə məxsus təyyarənin vurulduğunu iddia edib.
TodayPress TV xəbər verir ki, SEPAH hadisənin görüntülərini də yayıb. Təyyarənin hansı şəraitdə vurulduğu və itkilərlə bağlı əlavə məlumat verilməyib.
Qeyd edək ki, məlumat hələlik yalnız İran tərəfinin açıqlamasına əsaslanır və ABŞ tərəfindən təsdiqlənməyib.
Kübra Musayeva