İndoneziyada güclü zəlzələ baş verdi
İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin maqnitudası 6,3 olub. Yeraltı təkanların ocağı 144,6 kilometr dərinlikdə yerləşib. Zəlzələ Sulavesi adasındakı Qorontalo şəhərindən 109 kilometr qərbdə baş verib. Qorontalonun əhalisi təxminən 200 min nəfərdir.
Hazırda itkilər və zərər barədə məlumat yoxdur.
Türkan İsgəndərli