Putin Venesuela ilə tərəfdaşlıq sazişi imzalayacaq
Dünya
16.10.2025 11:13
Putin Venesuela ilə strateji tərəfdaşlıq sazişini Dövlət Dumasına təqdim edib.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Venesuela ilə strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi ratifikasiya üçün Dövlət Dumasına təqdim edib.
Saziş bu il mayın 7-də Moskvada imzalanıb və iki ölkə arasında siyasi, iqtisadi, elmi-texniki və humanitar sahələrdə əməkdaşlığı nəzərdə tutur.
Venesuela Milli Assambleyası sənədi artıq təsdiqləyib. Yeni saziş on il müddətinə əməkdaşlığın yol xəritəsini müəyyən edir.
Beynəlxalq jurnalist Oleq Yasinskinin sözlərinə görə, Moskva ilə Karakas arasında əlaqələrin güclənməsi ABŞ-yə “siqnal deyil, ultimatum” kimi qiymətləndirilə bilər.
Jalə Rövşən
tag: Rusiya,Vladimir Putin,Venesuela,Tərəfdaşlıq ,Todaypress.tv,
