Husilər havalimanına hipersəs raketi ilə hücum etdilər
Dünya
22.07.2025 10:15
Yəməndəki husilər İsrailin əsas hava nəqliyyat qovşaqlarından biri olan Ben Qurion Havalimanına hipersəs ballistik raketi ilə növbəti hücum həyata keçirdiklərini bəyan ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı məlumat yayıb.
Husilərin açıqlamasına görə, hücum zamanı yüksək sürətli və manevr qabiliyyətli hipersəs texnologiyası ilə təchiz edilmiş raketdən istifadə olunub. İddialara görə, bu raketlər mövcud hava hücumundan müdafiə sistemlərini aşaraq hədəfi daha səmərəli vurmaq qabiliyyətinə malikdir.
Hazırda hücumun nəticələri və zərərin miqyası barədə rəsmi İsrail tərəfinin hər hansı təsdiqi və ya açıqlaması yoxdur. İsrail Müdafiə Qüvvələri və yerli hakimiyyət orqanlarının məsələ ilə bağlı mövqeyi gözlənilir.
Qeyd edək ki, husilər son aylarda İsrail ərazisinə qarşı raket və dron hücumlarını intensivləşdirib.
Töhfə Səməd
tag: Yəmən,Husi,İsrail,Hücum,Hipersəs,Todaypress.tv,