Hindistanda daşqın: Ölənlər var
Dünya
05.09.2025 04:36
Hindistanın Pəncab əyalətində baş verən daşqınlar 43 nəfərin həyatına son qoyub.
TodayPress TV xəbər verir ki, məlumatı “Press Trust of India” yayıb.
Güclü yağışlar nəticəsində yaranan daşqınlar təxminən 1 655 kəndi təsir edib. Ən çox ziyan Qurdaspur rayonunda olub. Belə ki, burada 324 kənd su altında qalıb. Firozpur, Amritsar, Hoşiarpur, Kapurtala və Sanqrur kəndləri də fəlakətdən ziyan görüb. Təxminən 175,2 min hektar kənd təsərrüfatı sahəsi zədələnib.
Ümumilikdə 19 mindən çox insan təxliyə edilib. Hazırda 167 müvəqqəti yaşayış düşərgəsi fəaliyyət göstərir, onlardan 29-u Pəncabın cənub-mərkəzi hissəsində, Barnala şəhərində yerləşir.
Hindistanın kənd təsərrüfatı naziri Şivraj Sinqx Çauxan daşqından zərər çəkmiş ərazilərə baş çəkərək insanlara hərtərəfli dəstək verəcəyinə söz verib. Pəncab polisi yardım ləvazimatlarını çatdırmaq üçün dronlardan istifadə edir və əyalət boyu xilasetmə əməliyyatları davam edir.
Türkan İsgəndərli
tag: Hindistan,Daşqın,Sel,Yağış,Todaypress.tv,