Hindistan neft idxalı üçün Yaxın Şərqə yönəldi

Dünya

21.10.2025 16:39

Hindistan “Reliance” şirkəti Rusiyadan neft alışlarını azaldır, Yaxın Şərqdən tədarükü artırır

TodayPress TV bu barədə "Blumberq"ə istinadən xəbər verir.

Məlumata görə, Hindistanın ən böyük neft emalı şirkətlərindən biri olan Reliance Industries Rusiyadan neft alışlarını azaldaraq Yaxın Şərq ölkələrindən tədarükünü genişləndirməyə başlayıb.

“Reliance” artıq İraqın “Basrah Medium”, Qətərin “Al Shaheen” və “Qatar Land” neft növləri də daxil olmaqla, ən azı 2,5 milyon barrel Yaxın Şərq nefti alıb. Şirkət həmçinin keyfiyyət baxımından rus neftinə yaxın digər variantları da araşdırır.

Qeyd olunur ki, Hindistanın iki böyük neft emalı zavodu ABŞ-ın Exxon Mobil şirkəti ilə 4 milyon barrel Qayana nefti almaq üçün müqavilə imzalamışdı.

Buna baxmayaraq, Rusiya Xarici İşlər Nazirliyinin müavini Andrey Rudenko dünən açıqlayıb ki, ABŞ Prezidenti Donald Trampın hədələrinə baxmayaraq, Rusiyanın Hindistana neft ixracı davam edir.

Jalə Rövşən

TodayPress TV

tag: Hindistan, “Reliance” şirkəti ,Yaxın Şərq,Neft idxalı ,Todaypress.tv,