HƏMAS və İsrail arasında atəşkəs razılaşması imzalanacaq

Dünya

21.07.2025 16:26

HƏMAS ilə İsrail arasında atəşkəs və bir qrup girovun azad olunması barədə razılaşma yaxın günlərdə imzalanacaq.

TodayPress TV xəbər verir ki, bu barədə “Maan” agentliyi məlumat yayıb.

Agentliyin mənbələri bildirib ki, saziş bu həftə, ən geci gələn həftənin əvvəlində rəsmiləşdiriləcək.

Məlumata görə, HƏMAS 60 günlük atəşkəs rejiminə razılıq verib və bu müddətdə 10 israilli girovun təhvil verilməsi planlaşdırılır. Agentlik qeyd edir ki, razılaşmanın detalları tam razılaşdırılarsa, bu barədə rəsmi açıqlama yaxın günlərdə verilə bilər.

Qeyd edək ki, Qətərdə keçirilən dolayı danışıqlarda irəli sürülən son təşəbbüsə əsasən, HƏMAS atəşkəs dövründə İsrailə 10 sağ girovla yanaşı, Qəzzada həlak olmuş 18 məhbusun cəsədini də təhvil verəcək. İsrail isə bu müddətdə uzunmüddətli həbs cəzası çəkən 150 fələstinlini və 2023-cü ilin oktyabrında Qəzzada hərbi əməliyyatlar zamanı həbs olunmuş 1100-dən çox ərəbi azad edəcəyini öhdəsinə götürəcək. Razılaşmaya əsasən, humanitar yardımın həcmi də əhəmiyyətli dərəcədə artırılacaq.

Töhfə Səməd

tag: HƏMAS ,İsrail,Girov,Razılaşma,Todaypress.tv,