HƏMAS silahların təslim olması üçün şərtləri açıqladı
Dünya
04.10.2025 13:25
HƏMAS Trampın sülh planına uyğun olaraq silahların təslim olması üçün şərtləri açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə HƏMAS-ın Livandakı sözçüsü Valid Kilani “RİA”ya bildirib.
“Fələstin HƏMAS hərəkatının ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında atəşkəs təklifi ilə razılaşması müqavimətin silahlarının təhvil verilməsini əhatə etmir”, - deyə bildirilib.
Onun sözlərinə görə, nə qədər ki, Fələstində “işğal” var, müqavimət də olacaq. Kilani bəyan edib ki, silahların təhvil verilməsi yalnız öz vətəndaşlarını müdafiə edə biləcək öz milli ordusuna malik tam hüquqlu Fələstin dövlətinin qurulması ilə mümkündür.
“Amerika liderinin HƏMAS-ın təkid etdiyi təklifinin mərkəzi nöqtəsi atəşkəsdir, digər təfərrüatlar isə danışıqlara və razılığa gələ bilər. Buna görə də atəşkəs razılaşmasına fələstinlilərin öz torpaqlarından köçürülməsini qadağan edən bənd də daxildir”, - Kilani əlavə edib.
Qeyd edək ki, oktyabrın 3-də HƏMAS Trampın planına uyğun olaraq bütün məhbusları azad etməyə hazır olduğunu bəyan edib. Hərəkat, həmçinin Qəzza zolağının idarəçiliyini fələstinli texnokratlardan ibarət müstəqil hakimiyyətə təhvil verməyə razılaşıb.
Orxan Saffari
tag: HƏMAS,ABŞ,Silah,Təslim,Todaypress.tv,
