Moldovada seçkilərdə Avropayönlü partiya qalib gəldi
Dünya
29.09.2025 09:42
Moldovada keçirilən parlament seçkilərində Prezident Maya Sandunun rəhbərlik etdiyi Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyası (ASP) qalib gəlib.
TodayPress TV xəbər verir ki, ilkin nəticələrə görə, partiya səslərin 49,99%-ni toplayaraq 101 yerlik parlamentdə 51 mandat əldə edib.
Digər Avropayönlü siyasi təşkilat olan "Alternativ Alyans" 9 mandat qazanıb.
Rusiyayönlü müxalifət isə növbəti dəfə məğlubiyyətə uğrayıb. “Vətənpərvərlər Alyansı” təxminən 24,5% səs toplayaraq parlamentdə 25 yer əldə edib. Bu alyansa keçmiş Prezidentlər İqor Dodon və Vladimir Voroninin partiyaları, həmçinin keçmiş Baş nazir Vasile Tarlevin partiyası daxildir.
Parlamentə daha iki siyasi qüvvə də daxil olub.
Belə ki, “Evdə Demokratiya” partiyası Moldovanın Rumıniyaya birləşməsini dəstəkləyir və “Bizim Partiya”nın populist lideri Renato Usatinin rəhbərliyi altındadır.
Türkan İsgəndərli
tag: Moldova,Seçki,Parlament,Avropa,Todaypress.tv,
