HƏMAS Qəzzada atəşkəslə bağlı yeni təklif verdi

HƏMAS Qəzzada atəşkəslə bağlı yeni təklif verdi
24.07.2025 09:31 Dünya

Fələstindəki HƏMAS təşkilatı Qəzzada atəşkəslə bağlı vasitəçilərə cavab verib. 

TodayPress TV xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Mənbələrin məlumatına görə, HƏMAS-ın yeni cavabı əvvəlki təkliflərinin daha yumşaldılmış formasıdır. İsrail bu cavabı alıb və hazırda onu araşdırır.

Əvvəlki təklif HƏMAS-ın yüksək tələblərinə görə vasitəçilər tərəfindən qəbul edilməyib. 

Yeni təklifə əsasən Qəzzada 60 günlük atəşkəs dövründə İsrail ordusunun yaşayış məntəqələrindən və əsas yollar olan Salah əd-Din yolundan çıxması tələb olunur. Humanitar yardımın yalnız BMT agentlikləri vasitəsilə çatdırılması istənilir. HƏMAS Qəzza Humanitar Fondunun bu prosesdə iştirak etməsini istəmir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər