Məşhur haker qrupu 30 milyon dollarlıq bitcoin oğurladı

Məşhur haker qrupu 30 milyon dollarlıq bitcoin oğurladı
01.09.2026 17:06 Dünya

Şimali Koreyalı hakerlər Hyperliquid vasitəsilə 30 milyon dollardan çox kriptovalyuta köçürüblər.

TodayPress TV xəbər verir ki, "CoinDesk"in məlumatına görə, Arkham analitikləri Lazarus qrupu ilə əlaqəli kriptovalyuta cüzdanlarını araşdıraraq 2024-cü ildən etibarən həmin vəsaitlərin Hyperliquid vasitəsilə hərəkət etdirildiyini aşkarlayıblar.

Məlumata görə, hakerlər son üç həftə ərzində təxminən 30 milyon dollar dəyərində Bitcoin satıb, əldə olunan vəsaitlə Ethereum və Solana alıblar. Daha sonra kriptovalyutalar Kraken, LBank və KuCoin kimi mərkəzləşdirilmiş birjalara köçürülüb.

Hyperliquid sözügedən araşdırma ilə bağlı "CoinDesk"in sorğusuna cavab verməyib. Vəsaitlərin son olaraq köçürüldüyü bəzi cüzdanların sahiblərinin kimliyi isə müəyyən edilməyib.

Lazarus qrupunun Hyperliquid-dən istifadəsi platformanın ABŞ bazarına daxil olmaq planları fonunda diqqət çəkib. ABŞ Prezidenti Donald Tramp avqustun 19-da ABŞ Əmtəə Fyuçersləri Ticarət Komissiyasının Hyperliquid-in ABŞ bazarında fəaliyyət göstərməsi üzərində işlədiyini açıqlayıb.

Ekspertlər hesab edirlər ki, ABŞ bazarına çıxmaq üçün Hyperliquid istifadəçi yoxlaması və əməliyyatların hesabatlılığı ilə bağlı əlavə tələbləri yerinə yetirməli ola bilər.

Jalə Rövşən 

XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər