Hakan Fidan: "Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirəcək"

Dünya

09.08.2025 21:40

“Birgə planlaşdırdığımız bu dəhliz (Zəngəzur-Qeyd) reallaşarsa, Avropadan Asiyanın dərinliklərinə qədər fasiləsiz gedəcək nəqliyyat marşrutunun mühüm hissəsinə çevriləcək”.

TodayPress TV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan misirli həmkarı ilə birgə mətbuat konfransında deyib.

“Zəngəzur dəhlizi Türkiyəni Qafqaz və Xəzər dənizi vasitəsilə türk dünyası ilə birləşdirən əsas halqaya çevriləcək, həmçinin türk dünyasını Türkiyə vasitəsilə Avropa ilə, daha sonra isə Asiyanın dərinlikləri ilə birləşdirəcək. Bu çoxfunksiyalı marşrut olacaq. Hesab edirəm ki, bu (Vaşinqtonda razılaşma) çox mühüm və əlverişli hadisədir və ümid edirəm ki, dəhliz yaxın gələcəkdə həyata keçiriləcək”, - Türkiyə XİN rəhbəri bildirib.

tag: Hakan Fidan,Sülh, Türkiyə, Zəngəzur, todaypress.tv,