Hakan Fidan: "Rusiya və Ukrayna sülh və dağıntı arasında seçim edəcək"

Dünya

16.05.2025 15:00

"Münaqişəni dayandırmaq və ya davam etdirmək qərarı Rusiya və Ukraynada qalır.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan İstanbulda danışıqlar ərəfəsində bəyan edib və atəşkəsin vacibliyini vurğulayıb.

"Nümayəndə heyətləri özləri qərar verməlidirlər: sülhə gəlmək və ya dağıdıcı münaqişəni davam etdirmək. Türkiyə onları İstanbulda görməkdən məmnundur və dialoq üçün neytral platforma təqdim etməyə hazırdır"o bildirib.

Nazir qeyd edib ki, Ankara ABŞ prezidenti Donald Tramp və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın gərginliyin azaldılması ilə bağlı çağırışlarını dəstəkləyir.

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri danışıqların hazırkı mərhələsini kritik adlandırıb.

Töhfə Səməd

tag: Hakan Fidan,Türkiyə,Ukrayna,Rusiya,todaypress.tv,