Şoyqunun Şimali Koreya səfəri nə ilə bağlıdır?
Dünya
17.06.2025 15:08
Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Şimali Koreyaya son səfərinin əsas məqsədi hərbi-texniki əməkdaşlığın genişləndirilməsi ola bilər.
TodayPress TV xəbər verir ki, bu barədə rusiyalı siyasi şərhçi Andrey Pinçuk “Tsargrad.tv” kanalına danışıb.
Ekspertin sözlərinə görə, səfər çərçivəsində əsas diqqət silah və sursat alışına yönəlib:
“İlk növbədə, söhbət döyüş sursatlarının, silahların alınmasından gedir. Son zamanlar Şimali Koreyanın uzaqmənzilli silahlarından və yeni PUA-larından aktiv istifadə ilə bağlı məlumatlar yayılıb. Düşünürəm ki, Şoyqu ilə Kim Çen İn arasındakı əvvəlki əlaqələr də məhz bu məqsədə xidmət edir”.
Pinçuk əlavə edib ki, Şoyqu Təhlükəsizlik Şurasındakı mövcud postunda məhz hərbi-texniki məsələlərin əlaqələndirilməsi ilə məşğuldur.
Qeyd edək ki, Sergey Şoyqu 17 iyun tarixində Pxenyana səfər edib və orada Şimali Koreya lideri Kim Çen İnlə görüşüb.
Qiymət Mahir
tag: Şimali Koreya,Sergey Şoyqu,PUA,Səfər,Todaypress.tv,