Güclü qasırğa Vyetnamı vurdu: 100-lərlə insan təxliyə edildi
“Wipha” tropik qasırğasının səbəb olduğu daşqınlar Vyetnamın mərkəzi bölgəsində yüzlərlə ailəni təcrid vəziyyətinə salıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Vyetnam rəsmiləri bildirib ki, təhlükə riski yüksək olan ərazilərdən 12 500-ə yaxın insan həftəsonu təxliyə edilib. Bu addım qasırğanın ölkəyə çatmasından bir neçə gün öncə atılıb.
Qasırğa bölgəyə leysan yağışlar gətirib, nəticədə torpaq sürüşmələri və qəfil daşqınlar baş verib.
Yen Hoa kommunasında 200-dən çox ailə təcrid vəziyyətinə düşüb, kəndə gedən əsas yol sıradan çıxıb.
Töhfə Səməd