Girnədə batan gəmi 550 metr dərinlikdə tapıldı - ölkə prezidenti AÇIQLADI
Şimali Kiprin Girnə sahillərində batan gəmi olduğu qiymətləndirilən obyekt 550 metr dərinlikdə aşkarlanıb.
TodayPress TV xəbər verir ki, ölkə Prezidenti Tufan Ərhürman Şimali Kipr Türk Respublikasından Mersinə gedərkən batan gəmi ilə bağlı jurnalistlərə açıqlama verib.
“İşlər çox texniki və həssaslıqla aparılır. Hazırda batan gəmi olduğu qiymətləndirilən obyektin yeri müəyyən edilib. Bu obyekt 550 metr dərinlikdə aşkarlanıb. Təkrar edirəm, bunun batan gəmi olduğu qiymətləndirilir. İşlər çox texniki və həssaslıqla aparılır”, - deyə lider bildirib.
Prezident əlavə edib ki, dəqiq açıqlama daha sonra veriləcək.
Aysel Mətləb