Fransada Baş nazirin istefası ilə bağlı nümayişlər keçirildi

Dünya

08.09.2025 23:50

Fransada Baş nazir Fransua Bayru Milli Assambleyada hökumətə etimad səsverməsi zamanı kifayət qədər sayda deputatın dəstəyini ala bilməyib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Publik Senat" telekanalı məlumat yayıb.

Belə ki, ölkə sakinləri müxtəlif şəhərlərdə meriya binaları qarşısında pikniklər və şənliklər təşkil ediblər.

Qeyd olunur ki, səsverməyə bir neçə gün qalmış media artıq Baş nazirin istefası ehtimalı barədə yazarkən, sosial şəbəkələrdə meriyaların qarşısında toplantıların təşkili çağırışları yayılmağa başlayıb.

Nəticədə isə Lionda "Yolda" və "Əlvida, Bayru!" şüarları altında "kütləvi şənliklər" keçirilib, Brest meriyasının qarşısında böyük toplantı təşkil olunub.

"Bu "vida mərasimləri" istehza və etirazla doludur. Baş nazir Milli Assambleya qarşısında öz vəzifəsində qalmaq hüququnu müdafiə etməyə çalışdığı halda, bu toplantılar həm də ümumi etimadsızlıq mühitini əks etdirir", - reportajda bildirilir.

Sosial şəbəkələrdə istifadəçilər ölkənin hər yerindən kadrlar paylaşırlar: insanlar küçənin ortasında çadırlar qurur, orada içkilər qəbul edir və qəlyanaltı verir, atəşfəşanlıq edir, mahnı oxuyurlar. "Revolution Permanente" assosiasiyasının məlumatına görə, 500-dən çox adam Baş nazirin qarşıdan gələn istefasını qeyd etmək üçün Qrenobla toplaşıb. "Ouest France" qəzeti Nantda yüzlərlə insanın Havr, Eks-an-Provans, Bordo, Lil, bir sözlə, bir çox başqa şəhərlərinin meydanlarına toplaşdığını bildirib. Lionda şənlik yüzlərlə insanın siyasi və polis əleyhinə şüarlar səsləndirdiyi şəhər küçələrində kütləvi yürüşə çevrilib və nəticədə polis gözyaşardıcı qazdan istifadə edib.

TodayPress TV

tag: Fransa, Nümayiş,Aksiya, Etiraz, todaypress.tv,