Fransa: Trampın Ukrayna ilə bağlı mövqeyi vəziyyəti dəyişməyəcək

Dünya

18.07.2025 16:45

ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyində dəyişiklik olsa da, bu, cəbhədəki vəziyyətə ciddi təsir etməyəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti yazır.

Qəzetin fikrincə, Trampın Rusiya mallarına tariflər və Rusiya nefti alan ölkələrə əlavə rüsumlar tətbiq etməklə bağlı hədələri Kremlin qərarlarını dəyişdirməyə kifayət etmir.

Xatırladaq ki, Tramp iyulun 14-də NATO Baş katibi Mark Rutte ilə görüşündə bildirib ki, əgər 50 gün ərzində münaqişənin həlli istiqamətində irəliləyiş olmazsa, Rusiya neftini alan ölkələrə 100%-ə qədər əlavə rüsum tətbiq ediləcək. O həmçinin Avropanın maliyyələşdirdiyi 17 ədəd "Patriot" hava hücumundan müdafiə sisteminin Ukraynaya göndərildiyini açıqlayıb.

Avropa İttifaqı bu addımları qeyri-kafi sayıb və ABŞ-nin sanksiyalarla bağlı bütün imkanlardan istifadə etmədiyindən narazılığını bildirib.

Türkan İsgəndərli

tag: ABŞ,Ukrayna,Rusiya,Tramp,Todaypress.tv,