"Foreign Affairs": İran nüvə potensialını qorudu

Dünya

26.06.2025 19:45

ABŞ-nin hava zərbələrinə baxmayaraq, İran nüvə proqramını inkişaf etdirmək imkanlarını qoruyub saxlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Foreign Affairs” jurnalı ABŞ kəşfiyyatının ilkin hesabatına istinadla yazır.

Nəşrin məlumatına görə, amerikalıların zərbələri İranın nüvə proqramını sadəcə bir neçə ay geri atıb. Bu, prezident Donald Trampın iddia etdiyi kimi “onilliklərlə geriyə salmaq” deyil. Jurnal qeyd edir ki, hücumlar İranın nüvə infrastrukturuna bərpaolunmaz zərər vurmayıb.

“Foreign Affairs” həmçinin vurğulayır ki, İranın zərər görmüş imkanları bərpa etmək və nüvə fəaliyyətini daha qorunan ərazilərdə davam etdirmək potensialı var.

Məqalədə bildirilir ki, baş verənlərdən sonra İranın ABŞ ilə nüvə sənədi üzrə danışıqlara qayıtmaq ehtimalı son dərəcə azdır, çünki Tehranın Vaşinqtona olan etimadı tamamilə sarsılıb.

Qiymət Mahir

tag: İran,ABŞ,Nüvə,Tramp,Todaypress.tv,