ABŞ İsveçin "Giraffe 1X" sistemlərini 46 milyon dollara alacaq

Dünya

28.10.2025 22:50

ABŞ İsveçin müdafiə sənayesi şirkəti SAAB-dan "Giraffe 1X" radarlarını 46 milyon dollara alacaq.

TodayPress TV xəbər verir ki, şirkət bu barədə mətbuata açıqlamasında bildirib.

Sistemlərin ABŞ ordusuna çatdırılması 2026-cı ildə başlayacaq.

"Giraffe 1X" radarları ABŞ ordusunu uzaqmənzilli pilotsuz sistemlər də daxil olmaqla geniş qlobal təhdidlərə qarşı tez bir zamanda cavab verə texnologiya ilə təmin edir. Davamlı, real vaxt rejimində hava müşahidəsi ilə "Giraffe 1X" ABŞ-yə və onun təhlükəsizlik tərəfdaşlarına həlledici əməliyyat üstünlüyü verir", - deyə SAAB-ın ABŞ-dəki rəhbəri Erik Smit bildirib.

"Giraffe 1X" quruda və dənizdə yerləşdirilə bilən, eləcə də stasionar radar kimi istifadə edilə bilən sistemlərdir.

TodayPress TV

tag: ABŞ,Giraffe 1X, SAAB, PUA, todaypress.tv,