Fitso: “Mertsin mesajı Avropa üçün qəbuledilməzdir”
Slovakiya Baş naziri Robert Fitso Almaniya kansleri Fridrix Mertsin ölkəsinə qarşı mümkün Avropa İttifaqı sanksiyaları ilə bağlı söylədiklərini “müasir Avropa üçün qəbuledilməz” adlandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
“Almaniya kanslerinin dedikləri müasir Avropada qəbuledilməzdir”
deyə Fitso jurnalistlərin sualını cavablandırarkən bildirib.
Baş nazir əlavə edib ki, əgər kimsə dolayısıyla Merts yalnız
bir fikri məcburən qəbul etdirmək siyasəti yürütmək istəyirsə, bu artıq
demokratiyanın sonudur:
“Bu, bir nəfərin fikri üzərində qurulan siyasətdir və belə
yanaşma demokratiyanın əsaslarına ziddir”.
Fitso vurğulayıb ki, Slovakiya hüququn aliliyinə zidd heç bir hərəkət etməyib və ölkəsinin sanksiyaya səbəb ola biləcək davranışı olmayıb. O həmçinin əlavə edib ki, dialoqa açıqdır və lazım gələrsə, Fridrix Merts ilə şəxsən görüşməyə hazırdır.
Qiymət Mahir
tag: Slovakiya ,Robert Fitso,Almaniya ,Fridrix Merts,todaypress.tv,