Lavrov: "Tramp sözünün üstündə dura bilmir"

Dünya

15.07.2025 16:58

Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli üçün verdiyi 50 günlük son tarix və mümkün 100 faiz gömrük rüsumu hədəsinə münasibət bildirib. 

TodayPress TV xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

O qeyd edib ki, Rusiya tərəfi bu bəyanatın mahiyyətini və məqsədini anlamağa çalışır:

“Əvvələr vədlər 24 saat, sonra 100 gün olub. Biz bunların hamısını yaşamışıq. İndi isə sadəcə başa düşmək istəyirik ki, ABŞ prezidentini bu bəyanatlara nə vadar edir".

Xatırladaq ki, Donald Tramp daha əvvəl bəyan edib ki, 50 gün ərzində Ukrayna üzrə sülh razılaşması əldə olunmasa, ABŞ Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100 faiz gömrük rüsumları tətbiq edəcək.

Türkan İsgəndərli

tag: Rusiya,ABŞ,Lavrov,Rüsum,Todaypress.tv,