Filippot: "Sandu partiyasının qələbəsi xarici müdaxilələr sayəsində gerçəkləşdi"
Dünya
29.09.2025 14:41
Moldovanın Prezidenti Maya Sandunun Avropayönümlü “Fəaliyyət və Həmrəylik” partiyası sentyabrın 28-də keçirilən parlament seçkilərində qalib gəlib.
Partiya 44,13% səs toplayaraq parlamentdə üstünlük əldə edib.
TodayPress TV "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot sosial şəbəkədə bildirib ki, Sandunun partiyası yalnız Avropa rəsmilərinin müdaxilələri sayəsində qalib gəlib.
O yazıb: “Başlar – mən qazanıram, quyruq – siz itirirsiniz: Aİ-yə görə demokratiya budur”.
Seçkilərin rəsmi nəticələrinə görə, Sandunun partiyası 44,13%, Vətənpərvərlər Bloku 28,25%, Avropayönlü Alternativ Blok 9,22%, Bizim Partiya 6,35%, Vətəndə Demokratiya Partiyası 5,72% səs toplayıb. Ümumilikdə müxalifət partiyaları 49,54% səs alıb.
Filippot qeyd edib ki, Sandunun partiyası üçün uğurlu nəticə xarici seçki məntəqələrində səsvermə və parlamentə daxil olmayan partiyaların səslərinin yenidən bölüşdürülməsi sayəsində əldə edilib.
Jalə Rövşən
tag: Maya Sandu ,Moldova ,Florian Filippot ,Parlament seçkiləri,
