Estoniya Lukaşenkoya ölkəyə giriş qadağası qoydu

Estoniya Lukaşenkoya ölkəyə giriş qadağası qoydu
24.07.2025 12:47 Dünya

Estoniya hökuməti Belarusun 273 vətəndaşına, o cümlədən ölkə prezidenti Aleksandr Lukaşenkoya ölkəyə müddətsiz giriş qadağası tətbiq edib.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat Estoniyanın rəsmi dövlət mənbələri tərəfindən yayılıb.

Qərarın səbəbi açıqlanmasa da, sanksiyaların siyasi və təhlükəsizlik amilləri ilə bağlı olduğu ehtimal olunur.

Qeyd edək ki, Estoniya daha əvvəl də Belarus rəsmilərinə qarşı müxtəlif məhdudlaşdırıcı tədbirlər tətbiq etmişdi.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər