Ermənistanın dövlət borcu 14 milyard dollara çatdı
Dünya
22.09.2025 17:13
Ermənistanın maliyyə naziri Vahe Hovhannisyanın verdiyi məlumata görə, 2025-ci ilin birinci yarısında ölkənin dövlət borcu ABŞ dolları ilə 7,9% artaraq 13,852 milyard dollara, dramla (Ermənistan pul vahidi) isə 4,5% artaraq 5,323 trilyon drama yüksəlib.
TodayPress TV xəbər verir ki, bu barədə o, parlamentin iqtisadi məsələlər komitəsinin iclasında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, artımın əsas səbəblərindən biri 2025-ci ilin mart ayında 750 milyon dollar dəyərində avrobondların buraxılmasıdır. Ümumilikdə, borcun təxminən 1 milyard dollar artdığı qeyd olunub.
Məlumata görə, daxili borc ümumi borcun 52%-ni, xarici borc isə 48%-ni təşkil edir. Borcun 51%-i dramla, 49%-i isə xarici valyutada formalaşıb.
Hovhannisyan vurğulayıb ki, faiz fərqləri dramın ABŞ dollarına qarşı məzənnəsindəki dəyişikliklərlə bağlıdır.
Qeyd edək ki, 2025-ci ilin ilk rübünün sonuna (31 mart tarixinə) Ermənistanın dövlət borcu 13,64 milyard ABŞ dolları olub.
Türkan İsgəndərli
tag: Ermənistan,Dövlət borcu,Artım,Maliyyə,Todaypress.tv,
