Ermənistan və Ukrayna əməkdaşlığı inkişaf etdirirlər
Dünya
30.09.2025 13:20
Ermənistanın və Ukraynanın xarici işlər nazirləri Ararat Mirzoyan və Andrey Sibiha rəsmi görüş keçirərək iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər.
TodayPress TV xəbər verir ki, bu barədə Yerevan nümayəndəsi Varşava Təhlükəsizlik Forumu çərçivəsində keçirilən danışıqlar haqqında yazarkən “X” sosial şəbəkəsində paylaşım edib.
“Ermənistan-Ukrayna əməkdaşlığını inkişaf etdirmək və ikitərəfli gündəliyi genişləndirmək barədə razılığa gəldik”, - deyə erməni diplomat bildirib.
O əlavə edib ki, tərəflər Ukraynada sülhə nail olmaq və orada davam edən xüsusi hərbi əməliyyatla bağlı məsələləri də müzakirə ediblər. Həmçinin Ermənistan və Azərbaycan arasında sülh prosesi də görüş zamanı gündəmdə olub.
Aysel Mətləb
tag: Ermənistan,Ukrayna,XİN,Ararat,Andrey,
