Rusiyada miqrantların mobil tətbiq vasitəsilə qeydiyyatı üzrə təcrübə proqramı təsdiqləndi

Dünya

23.05.2025 18:18

Rusiya prezidenti Vladimir Putin Moskva şəhəri və ətraf regionda miqrantların mobil tətbiq vasitəsilə qeydiyyatı üzrə təcrübə proqramının keçirilməsi haqqında qanunu imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə müvafiq sənəddə məlumat verilir.

Eksperiment 2025-ci il sentyabrın 1-dən başlayaraq 2029-cu il sentyabrın 1-dək davam edəcək. Proqram çərçivəsində xarici vətəndaşlar ixtisaslaşdırılmış mobil tətbiqdə qeydiyyatdan keçməli və Daxili İşlər Nazirliyinə (DİN) özlərinin mövcud olduqları yeri barədə məlumat verməlidirlər.

Nəzarətin pozulması halında miqrantlar ölkədən deportasiya ediləcək.

Qaydalar vizasız Rusiya Federasiyasına daxil olan və Moskva və ətrafına gələn bütün miqrantlara şamil ediləcək. Lakin azyaşlılar, diplomatlar, onların ailə üzvləri və Belarus vətəndaşları istisna təşkil edəcək.

Xarici vətəndaşlara tətbiqin quraşdırılması "Miqrasiya sahəsində dövlət xidmətlərinin göstərilməsi üzrə orqanlar" tərəfindən həyata keçiriləcək.

Töhfə Səməd

tag: Rusiya ,Vladimir Putin,Moskva ,Miqrant ,Proqram,todaypress.tv,