Ermənistan və Qazaxıstan XİN rəhbərləri arasında telefon danışığı baş tutdu
Dünya
12.08.2025 13:16
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın Baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu ilə telefon danışığı aparıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı Mirzoyan ötən həftə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda keçirilən müzakirələrin nəticələrinə toxunub.
O, bu müzakirələrin Cənubi Qafqazda davamlı sülhün təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Mirzoyan prosesdə ortaq baxış və dəstəyə görə Qazaxıstana minnətdarlığını ifadə edib. Tərəflər, həmçinin iki ölkə arasında qarşılıqlı faydalı və strateji yönümlü tərəfdaşlığın genişləndirilməsi məsələlərində fikir mübadiləsi aparıblar.
Qiymət Mahir
tag: Ermənistan,Qazaxıstan,XİN,telefon,Todaypress.tv,