Almaniya Ukraynaya dəstəyi davam etdirəcək

Dünya

15.10.2025 09:41

Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl Almaniyanın Ukraynaya maliyyə dəstəyini davam etdirməyi planlaşdırdığını bildirib.

TodayPress TV "N-TV" kanalına istinadən xəbər verir ki, Klinqbeyl qarşıdakı illərdə Ukraynanın müdafiə qabiliyyətinin maliyyə baxımından təmin edilməsinin vacib olduğunu vurğulayıb.

O, həmçinin ABŞ ilə birgə Rusiyaya təzyiqlərin artırılmasının müzakirə olunduğunu qeyd edib.

Nazir əlavə edib ki, Almaniya Qəzza zolağının bərpası prosesinə dəstək vermək niyyətindədir və bu istiqamətdə tərəfdaş ölkələrlə əməkdaşlıq aparacaq.

Klinqbeyl daha əvvəl Avropa İttifaqı ölkələrinin Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya yardım məqsədilə istifadəsinə dair ortaq mövqeyə gələcəyini demişdi, lakin bu addımın aktivlərin ələ keçirilməsi kimi qiymətləndirilməməli olduğunu bildirmişdi.

Jalə Rövşən

TodayPress TV

tag: Ukrayna,Avropa İttifaqı , ABŞ,Rusiya,Todaypress.tv,