Ərdoğan Əhməd əl-Şaraa ilə görüşdü

Dünya

24.05.2025 21:00

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Suriya prezidenti Əhməd əl-Şaraa ilə görüş keçirib. 

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.

Görüşdə Türkiyə ilə Suriya arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident Ərdoğan bildirib ki, Ankara bundan sonra da Suriyanın yanında olmağa davam edəcək. O, Suriyanın ərazi bütövlüyünün qorunmasının və ölkənin vahid şəkildə idarə olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Əhməd əl-Şaraa ABŞ və Avropa İttifaqının Suriyaya qarşı sanksiyaları ləğv etməsindən sonra ilk xarici səfərini Türkiyəyə edib. Ərdoğan bu qərarı alqışladığını və bölgədə sabitliyin bərpası üçün Suriyanın beynəlxalq arenaya inteqrasiyasını dəstəklədiyini bəyan edib.

Türkan İsgəndərli

tag: Türkiyə,Prezident,Suriya,Əhməd əl-Şaraa,todaypress.tv,