Ərdoğan Almaniya Kansleri ilə Yaxın Şərqi müzakirə etdi
Dünya
20.06.2025 15:18
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Federal Kansleri Fridrix Merts arasında telefon danışığı olub.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, danışıq zamanı İsrail ilə İran arasındakı qarşıdurma, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
Ərdoğan İranla nüvə mübahisələrinin həll yolunun danışıqlar masası olduğunu, İsrailin İrana hücumu ilə başlayan qarşıdurma prosesinin bölgənin təhlükəsizliyi üçün ən yüksək səviyyədə təhdid yaratdığını, alovlanan bu hadisələrin bölgəyə və Avropaya miqrasiya axını, eləcə də nüvə sızıntısı ehtimalı baxımından zərər verə biləcəyini qeyd edib.
Türkiyə Prezidenti ölkəsinin qarşıdurmanın sona çatdırılması və sabitliyin təmin olunması üçün səylər göstərdiyini, bu səylərin davam edəcəyini bəyan edib.
tag: Türkiyə,Ərdoğan,Kansler,Almaniya,Todaypress.tv,