Əraqçi: "Qərbi Asiyada sülh regional əməkdaşlıqla mümkündür"

Dünya

21.05.2025 10:04

2

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib ki, Qərbi Asiyada (Fələstin, Livan, Suriya, İran, İraq, Ərəbistan) davamlı sülhə yalnız regional ölkələrin səlahiyyətlərinin artırılması və əməkdaşlığın gücləndirilməsi yolu ilə nail olmaq mümkündür.

TodayPress TV xəbər verir ki, bu barədə "ISNA" məlumat yayıb.

Nazirin sözlərinə görə, bölgə hal-hazırda dərin geosiyasi qeyri-sabitlik, artan humanitar böhranlar və etibarsızlıqla üz-üzədir.

O bildirib ki, ki, uzun illərdir davam edən münaqişələr, xarici müdaxilələr və ətraf mühitə vurulan ziyan nəticəsində milyonlarla insan köçkün vəziyyətinə düşüb.

Əraqçi qeyd edib ki, iqlim dəyişikliyi və su qıtlığı kimi amillər bir çox ölkələrdə gündəlik həyatı təhlükə altına alıb. Eyni zamanda, müharibələr və iqtisadi çöküş bölgədə qaçqın axınının sürətlənməsinə səbəb olub, bu isə həm regionda, həm də qlobal səviyyədə humanitar fəsadlar yaradıb.

Türkan İsgəndərli

tag: İran,İqlim,İraq,Asiya,todaypress.tv,