Ən azı üç ölkə “nüvə klubu”na qoşula bilər

Dünya

06.08.2025 09:28

Əgər nüvə silahlarının yayılmaması sistemi bərpa olunmasa, Səudiyyə Ərəbistanı, Türkiyə, İndoneziya və bəzi Afrika ölkələri nüvə silahı əldə etməyə can ataraq “nüvə klubu”na daxil ola bilərlər.

TodayPress TV xəbər verir ki, bu barədə Moskva Dövlət Pedaqoji Universitetinin Tarix və Politologiya İnstitutunun direktor müavini Vladimir Şapovalov “URA.RU”ya müsahibəsində bildirib.

Politoloqun sözlərinə görə, Vaşinqtonun addımları nəticəsində dağıdılmış nüvə silahlarının yayılmaması sisteminin bərpası baş tutmasa, nüvə texnologiyalarının dünyaya yayılması labüddür.

“Əgər bu prosesi tənzimləmək mümkün olmasa, nüvə texnologiyaları nəzarətsiz şəkildə müxtəlif regionlara yayılacaq”, – deyə o vurğulayıb.

Şapovalov qeyd edib ki, hərbi, iqtisadi və texnoloji potensialı olan istənilən orta səviyyəli inkişaf etmiş ölkə suverenliyini təmin etmək üçün nüvə silahı əldə etməyə qərar verə bilər.

Qiymət Mahir

tag: Nüvə,Moskva,Ekspert,Türkiyə,Todaypress.tv,