Litva NATO-ya Baltik dənizi ilə bağlı çağırış etdi
"Estoniya Hərbi Dəniz Qüvvələrinin "Yaquar" tankeri ilə bağlı saxlama cəhdi NATO-nun Baltik dənizində mövcudluğunun genişləndirilməsinin zəruriliyini ortaya qoyub".
TodayPress TV xəbər verir ki, bunu Litva Xarici İşlər Nazirliyinin rəhbəri Kestutis Budris bildirib.
Onun sözlərinə görə, Baltik bölgəsində NATO “Baltic Watch” missiyasını davam etdirməli və genişləndirməlidir.
Diplomatın sözlərinə görə, bu ehtiyac Rusiyanın mülki gəmilərə müdafiə hazırlığını göstərməsi ilə bağlıdır.
Qeyd edək ki, mayın 14-də Estoniya Hərbi Dəniz Qüvvələri, Polşa aviasiyasının dəstəyi ilə, Qabon bayrağı altında olan "Yaquar" tankerini beynəlxalq sularda saxlamağa cəhd edib. Lakin Rusiyanın "Su-35" qırıcısı tərəfindən bu cəhdin qarşısı alınıb.
Türkan İsgəndərli
tag: Estoniya,NATO,Rusiya,Dəniz,todaypress.tv,