Ekspert: "İranın istifadə etdiyi silahlar yüksək texnologiyalı olub"
Dünya
19.06.2025 09:35
İsraillə münaqişədə İranın istifadə etdiyi silahlar yüksək texnologiyalı olub və “Dəmir qübbə” hava hücumundan müdafiə sistemi belə bu raketləri tam qarşılayıb zərərsizləşdirə bilməyib.
TodayPress TV xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert, ehtiyatda olan polkovnik Anatoli Matviyçuk “Lenta.ru”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, İsrailin müharibədə sürətli uğur qazanmaq strategiyası iflasa uğrayıb, çünki ölkə İranın hava hücumundan müdafiə imkanlarını düzgün qiymətləndirməyib.
“Britaniya və ABŞ-nin kəşfiyyat məlumatları da reallığı əks etdirmirdi. İranın raketləri gözləniləndən daha müasir və güclü çıxdı”, — deyə Matviyçuk bildirib.
Ekspert İsrailin yalnız aviasiyaya bel bağlamasını da səhv addım kimi dəyərləndirib.
Qiymət Mahir
tag: İsrail,“Dəmir qübbə” ,İran,Britaniya ,Todaypress.tv,