Zelenski Trampa Ukrayna boru kəmərlərinin icarəsini təklif edə bilər
Dünya
17.10.2025 15:47
Ukrayna Prezident Volodimir Zelenski Ağ Ev lideri Donald Trampa ABŞ enerji şirkətlərinə Slovakiya və Macarıstana satış üçün Ukrayna boru kəmərlərini icarəyə vermək imkanını təklif edə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Kiyev Rusiyanın qışa qədər kritik infrastrukturuna zərbələrindən müdafiə olunmaq üçün ABŞ-dən əlavə hərbi dəstək almaq istəyir. Bu dəstək hava müdafiəsi, uzunmənzilli silahlar və təcili enerji yardımı daxildir.
Nəşr əlavə edib ki, ABŞ və Ukrayna rəsmiləri Ukraynanın enerji ehtiyaclarına kömək etmək üçün ABŞ-nin mayeləşdirilmiş təbii qazını ixrac etmə imkanını müzakirə edir. Əvəzində isə Zelenski Trampa ABŞ enerji şirkətlərinə Ukrayna boru kəməri infrastrukturundan istifadə edərək qonşu Slovakiya və Macarıstana ixrac etmək imkanını təklif edə bilər.
Ukrayna artıq qazının böyük hissəsini ABŞ, həmçinin Norveç və digər Avropa ölkələrindən alan Polşa vasitəsilə Amerikanın mayeləşdirilmiş təbii qazını ala bilər. Ukrayna boru kəmərlərinin ABŞ şirkətlərinə icarəyə verilməsinin praktikada necə işləyəcəyi hələlik bəlli deyil.
Aysel Mətləb
tag: Ukrayna ,ABŞ,Polşa ,Zelenski ,Todaypress.tv,
