Əfqanıstan-Pakistan sərhədində atışma: İki əsgər həlak oldu
Dünya
16.06.2025 10:50
Əfqanıstan və Pakistan sərhədçiləri arasında baş vermiş silahlı toqquşma nəticəsində iki əfqan hərbçi həlak olub. Hadisə Kunar vilayətinin Takt-e Xor bölgəsində, Durand xətti yaxınlığında qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Khaama Press” yerli mənbələrə istinadən məlumat yayıb.
Silahlı qarşıdurma iyunun 15-də Pakistan hərbçilərinin ərazidə yeni nəzarət-buraxılış məntəqəsi qurmağa cəhd göstərməsi zamanı baş verib. Ölən hərbçilər Şir Alam və Musi kimi tanınıb.
Durand xətti – Əfqanıstanla Pakistan arasında 2640 kilometrlik, demək olar ki, qeyri-rəsmi sayılan sərhəddir. Bu xətt XIX əsrdə Britaniya Hindistanının genişləndirilməsi cəhdləri nəticəsində formalaşıb və Əfqanıstan hələ də onu rəsmi dövlət sərhədi kimi tanımır.
Rəsmi Kabil və İslamabad hadisəyə dair hələlik açıqlama verməyib.
Qiymət Mahir