Əfqanıstanda müharibənin dəhşətli nəticələri: 40 min ölü, 77 min yaralı!

Əfqanıstanda müharibənin dəhşətli nəticələri: 40 min ölü, 77 min yaralı!
01.09.2026 18:08 Dünya

Ən azı 40 min dinc sakin 2009-cu ilin yanvarından 2021-ci ilin avqustunadək Əfqanıstanda baş verən silahlı münaqişə zamanı həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) hesabatında deyilib.

“UNAMA-nın hesablamalarına görə, 2009-cu ilin yanvarından 2021-ci il avqustun 15-də “Taliban”ın hakimiyyətə gəlməsinədək silahlı münaqişə nəticəsində 40 mindən çox dinc sakin həlak olub, 77 mindən çox insan isə yaralanıb”, - deyə sənəddə qeyd olunub.

BMT mütəxəssisləri araşdırma çərçivəsində münaqişənin 195 qurbanı və onların yaxınları ilə müsahibə aparıblar. Sorğuda iştirak edənlərin 95%-i baş verənlər səbəbindən psixoloji travmalar, depressiya və ya narahatlıq halları ilə üzləşdiklərini, münaqişə zamanı sağ qalanların 58%-i isə fiziki zorakılığa məruz qaldıqlarını bildiriblər.

Münaqişə qurbanları ehtiyacları ilə bağlı suallara cavab verərkən maliyyə təzminatı almağı (81%), ədalətli məhkəmə araşdırmasını (48%) və gələcəkdə bu cür qanun pozuntularının qarşısının alınması üçün tədbirlərin görülməsini (47%) qeyd ediblər.

Aysel Mətləb

XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər