Dünyada 15 ölkə nüvə zərbəsi qabiliyyətinə malikdir
Dünya
18.09.2025 18:30
Bu gün dünyada ən azı məhdud səviyyədə nüvə zərbəsi qabiliyyətinə malik olan 15 ölkə var.
TodayPress TV xəbər verir ki, bu barədə "Military Watch Magazine" jurnalı məlumat yayıb.
Bu ölkələrin bəziləri rəsmi olaraq nüvə silahı sahibi olmasa da, ya öz imkanları ilə, ya da müttəfiqlərinin dəstəyi ilə nüvə silahından istifadə etmək qabiliyyətinə malikdir.
Nüvə silahlarının yayılmaması haqqında müqavilə yalnız beş ölkənin nüvə silahına malik olmasını nəzərdə tutur. ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya "ənənəvi nüvə gücləri" sayılır.
Jurnal bu ölkələri və digər nüvə qabiliyyətli dövlətləri dörd qrupa ayırır:
Tam nüvə triadasına malik ölkələr: ABŞ, Rusiya və Çin. Bu ölkələrin həm quru, həm hava, həm də dəniz vasitəsilə nüvə zərbəsi endirmək imkanı var.
Nüvə silahı istehsal etmiş, lakin müqaviləyə qoşulmamış ölkələr: Hindistan, Pakistan, Şimali Koreya və İsrail. Bu dövlətlər nüvə silahlarının yayılmaması haqqında razılaşmaya baxmayaraq, öz nüvə proqramlarını inkişaf etdiriblər.
Sualtı qayıqlarla nüvə başlıqları daşıya bilən ölkələr: Fransa və Böyük Britaniya bu qrupa daxildir. Onlar nüvə triadasının yalnız dəniz komponentinə sahibdirlər.
Müttəfiqlərindən nüvə silahı almış və ya öz ərazilərində yerləşdirən ölkələr: Belarus, Almaniya, Hollandiya, Belçika, Türkiyə və İtaliya. Bu ölkələr NATO çərçivəsində ABŞ-yə məxsus nüvə silahlarını daşıya və istifadə edə bilərlər.
Jurnalda qeyd olunur ki, bu ölkələrin nüvə imkanları qlobal təhlükəsizlik balansına və strateji hesablamalara ciddi təsir göstərir.
Türkan İsgəndərli
tag: Nüvə,Silah,Ölkə,Siyahı,Todaypress.tv,