"Tesla" robot taksisi Nyu Yorkda icazəsiz işə salınacaq
Dünya
13.08.2025 19:45
"Tesla" şirkəti Nyu Yorkda sürücüsüz taksi xidmətini işə salmağa hazırlaşır.
TodayPress TV xəbər verir ki, şirkətin saytında sürücülər üçün vakansiyalar yerləşdirilib.
İş yeri kimi Nyu Yorkun Kuins rayonu göstərilir. "Tesla" taksiləri hələ sükan arxasında insan sürücü ilə işləyəcək. Çünki şəhər qaydalarına görə, tam avtomatik nəqliyyat vasitələri üçün hələ icazə yoxdur.
Nyu York Nəqliyyat Departamenti bildirib ki, "Tesla" onlardan icazə üçün müraciət etməyib. Digər tərəfdən, "Waymo" şirkəti də Nyu Yorkda sürücüsüz avtomobillərin sınaqlarını keçirməyi planlaşdırır.
Qeyd edək ki, "Tesla" iyulda San-Fransiskoda və Texasda robotaksi xidməti işə salıb. Lakin San-Fransiskoda sürücü hələ sükan arxasındadır, Texasda isə qaydalar daha yumşaqdır və sürücüsüz avtomobillərə icazə verilir.
Türkan İsgəndərli
tag: Tesla,Amerika,Nyu-York,Taksi,Todaypress.tv,