Belarusda hərbi təlimlər keçiriləcək
Dünya
06.08.2025 11:07
Avqustun 6-dan 30-dək Belarusda Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının birgə hərbi təlimləri keçiriləcək.
TodayPress TV xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rəsmi açıqlamada bildirilib ki, təlimlər zamanı yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatlarına qarşı mübarizə şəraitində yeni və modernləşdirilmiş silah sistemlərinin, eləcə də hərbi və xüsusi texnikanın döyüş şəraitində tətbiqi sınaqdan keçiriləcək.
Hərbi tədbirlərin 2 mərhələdə keçiriləcəyi qeyd olunub. Birinci mərhələdə, qoşunların və mühüm obyektlərin hava hücumlarından müdafiəsi təşkil olunacaq. İkinci mərhələdə isə döyüş atışları ilə müşayiət olunan aktiv təlim prosesi həyata keçiriləcək.
Xatırladaq ki, bundan əvvəl Litvanın Belarusla sərhəddə hava hücumundan müdafiə sistemini gücləndirmək niyyətində olduğu məlum olub.
Aysel Mətləb
tag: Belarus,Litva,Hərbi təlim,Todaypress.tv,