Diplomat: "Zelenski–Putin görüşü olmadan irəliləyiş mümkün deyil"
Dünya
20.06.2025 09:20
Ukrayna Xarici İşlər Nazirinin birinci müavini Sergey Kislitsa bildirib ki, İstanbulda Moskva ilə Kiyev arasında keçirilən danışıqlar formatı yalnız əsir mübadiləsi kimi texniki məsələlər üzrə razılaşmalarla nəticələnə bilər, lakin real irəliləyiş üçün liderlərin görüşü vacibdir.
TodayPress TV xəbər verir ki, diplomatın sözlərini “RBK-Ukrayna” yayıb.
Kislitsanın fikrincə, hazırkı danışıqlar formatı mövcud vəziyyəti dəyişmək gücündə deyil. O qeyd edib ki, Ukrayna nümayəndə heyəti İstanbulda keçirilən hər iki raundda Vladimir Zelenski ilə Vladimir Putinin görüşünün hazırlanmasının vacibliyini vurğulayıb.
“Biz bu barədə həm mayda, həm də iyunda danışmışıq. Rusiyalıların yanaşması isə tamam fərqlidir – əvvəlcə onların tələbləri yerinə yetirilməli, ancaq ondan sonra liderlər görüşə bilər,” – deyə Kislitsa bildirib.
O əlavə edib ki, Putin və Zelenski, ehtimal ki, ABŞ prezidenti Donald Tramp olmadan “ciddi və təsirli qərarlara” nail olmaq çətin olacaq.
Qiymət Mahir
tag: Putin ,Zelenski,ABŞ, Donald Tramp,Todaypress.tv,