Dariel dərəsində yol məhdudiyyəti tətbiq olunacaq

Dünya

13.08.2025 12:01

Gürcüstanda Mtsxeta–Stepantsminda–Lars (Dariel dərəsi) avtomobil yolunun 126–130-cu kilometrlik hissəsində 13 avqust saat 11:00-dan 18:00-dək qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

TodayPress TV xəbər verir ki, Gürcüstan Avtomobil Yolları Departamentinin məlumatına görə, “Cavaxavtoğza” şirkəti bu müddətdə yamacların daşkəsmə avadanlığı ilə təmizlənməsi işlərini həyata keçirəcək.

Bundan əlavə, göstərilən saatlar ərzində yüngül avtomobillərin də hərəkəti 30 dəqiqəlik intervallarla müvəqqəti dayandırılacaq. Mtsxeta–Stepantsminda–Lars yolu, həmçinin “Hərbi-Gürcüstan yolu” kimi tanınır və hazırda Gürcüstan və Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru nəqliyyat marşrutudur. “Kazbegi”–“Yuxarı Lars” keçid məntəqəsi isə bu istiqamətdə fəaliyyət göstərən yeganə sərhəd-buraxılış məntəqəsidir.

Qiymət Mahir

tag: Gürcüstan,Mtsxeta–Stepantsminda–Lars,Dariel ,Ermənistan,Todaypress.tv,