Ukrayna və Britaniya 100 illik sazişi ratifikasiya etməyə hazırlaşır

Dünya

02.08.2025 13:00

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə parlamentinə Böyük Britaniya ilə imzalanmış 100 illik tərəfdaşlıq sazişinin ratifikasiyasını təklif edib.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən sənəd bu ilin yanvarında prezident Zelenski və Böyük Britaniyanın Baş naziri Kir Starmer tərəfindən imzalanıb.

Saziş ticarət, təhlükəsizlik, müdafiə, elm, texnologiya, təhsil və mədəniyyət sahələrini əhatə edən geniş spektrdə əməkdaşlıq qurmağı hədəfləyir.

Sənəddə iki ölkə arasında hərbi əməkdaşlığın, xüsusilə dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsi əsas prioritet kimi göstərilir. Tərəflər Qara, Baltik və Azov dənizlərində Rusiyaya qarşı təhlükəsizliyi möhkəmləndirmək üçün yeni strukturun yaradılmasını planlaşdırır.

Həmçinin vurğulanır ki, Ukraynanın NATO-ya üzv olması onun təhlükəsizliyinin etibarlı təminatıdır və Böyük Britaniya Kiyevin alyansa dönməz inteqrasiya kursunu qətiyyətlə dəstəkləyir.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya və Fransa Ukrayna üçün sülhməramlı hazırlığı prosesinə başladığını açıqlayıb.

Qiymət Mahir

tag: Ukrayna , Volodimir Zelenski ,Böyük Britaniya,Fransa ,Todaypress.tv,