Daha iki ölkə "dondurulmuş Rusiya aktivləri" planına qoşulur
Dünya
15.10.2025 12:05
Böyük Britaniya və Kanada Ukrayna üçün dondurulmuş Rusiya aktivlərindən istifadə planına qoşulub.
TodayPressTV "Bloomberg"ə istinadən xəbər verir ki, Böyük Britaniya və Kanada Avropa İttifaqının dondurulmuş Rusiya aktivlərini Ukraynanı maliyyələşdirmək üçün istifadə etmək planına qoşulacaq.
Avropa ölkələri Rusiya aktivlərinin istifadəsi ilə bağlı kompromis əldə etməyə yaxındır. Böyük Britaniya daha əvvəl Rusiyanın 33 milyard dollarlıq aktivini dondurub, Kanada tərəfi isə dəqiq rəqəmi açıqlamayıb.
Avropa Komissiyasının sədri Ursula Fon der Lyaye bildirib ki, bu aktivlərdən bir hissəsi Ukraynaya silah alınmasına sərf olunacaq. Almaniya kansleri Fridrix Merts isə üç həftə ərzində “konkret qərar” gözlədiyini və Avropa liderlərinin bu planı dəstəklədiyini açıqlayıb.
Jalə Rövşən
tag: Dondurulmuş Rusiya aktivləri ,Kanada ,Böyük Britaniya ,Ukrayna,Todaypress.tv,
