Qəzzada bir milyon qadın və qız aclıq təhlükəsi ilə üz-üzədir
Dünya
17.08.2025 20:45
Yaxın Şərqdə Fələstin Qaçqınları üzrə BMT Yardım və İşlər Agentliyi (UNRWA) bildirib ki, Qəzzada bir milyon qadın və qız kütləvi aclıq, zorakılıq və istismara məruz qalır.
TodayPress TV xəbər verir ki, qurum sosial şəbəkə X-də yaydığı açıqlamada aclığın sürətlə yayıldığını, qadın və qızların isə yemək və su axtarışı üçün həyati risklərə atılaraq küçələrə çıxmağa məcbur qaldığını vurğulayıb.
"UNRWA" İsrailin Qəzzaya tətbiq etdiyi blokadanın aradan qaldırılmasını və humanitar yardımın geniş miqyasda bölgəyə buraxılmasını tələb edib.
Qəzzadakı səhiyyə rəsmilərinin məlumatına görə, son 24 saatda aclıq və qidalanma çatışmazlığı səbəbindən daha 11 nəfər, o cümlədən bir uşaq ölüb. Bununla da aclıqdan ölənlərin ümumi sayı 251-ə, onlardan 108-nin uşaq olduğuna çatıb.
Qiymət Mahir
tag: Yaxın Şərq,Fələstin ,BMT ,Qəzza,Todaypress.tv,