CNN: Tramp Putinin "tələsinə" düşə bilər

Dünya

07.08.2025 10:32

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə mümkün görüş zamanı Moskvanın diplomatik tələsinə düşə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.

Kanalın dəyərləndirməsinə görə, Putin Trampın nəticə verməyən, lakin yüksək ictimaiyyət diqqəti cəlb edən teatr səhnəsi tipli fotosessiyalara olan sevgisindən istifadə edə bilər.

CNN xatırladır ki, Trampın Şimali Koreya lideri Kim Çen İnla keçirdiyi görüş də nüvə proqramının dayandırılmasına gətirib çıxarmamışdı.

“Rusiyanın digər potensial yanaşması Trampı Ukrayna məsələsindən yayındırmaq ola bilər. Bunun üçün nüvə silahlarına nəzarətlə bağlı razılaşma vədləri verilə, ya da onu irs kimi təqdim etmək üçün iqtisadi əməkdaşlıq təklif edilə bilər ki, bu da Trampın "tranzaksion instinktlərini hərəkətə gətirə bilər”, - deyə məqalədə qeyd olunub.

CNN hesab edir ki, genişmiqyaslı atəşkəs ehtimalı aşağıdır. Telekanalın qənaətincə, Rusiya ordusunun Donbasda irəliləyiş əldə etdiyi bir vaxtda Moskva Trampla danışıqları daha çox “vaxt qazanmaq” və strateji mövqelərini gücləndirmək vasitəsi kimi görür.

Qiymət Mahir

tag: CNN,ABŞ ,Donald Tramp,Rusiya,Vladimir Putin,Todaypress.tv,