NATO-da iki şöbə bağlanır, onlarla vəzifə ixtisar edilir

Dünya

19.06.2025 11:53

NATO-nun yeni baş katibi Mark Rutte təşkilatın strukturunu yenidən qurur.

TodayPress TV xəbər verir ki, "Politico" nəşrinin məlumatına görə, Rutte iki beynəlxalq şöbənin – İctimai diplomatiya departamenti (NATO-nun mətbuat xidməti funksiyasını daşıyır) və Kadrlar şöbəsinin tamamilə ləğv edilməsinə qərar verib.

Bu dəyişiklik nəticəsində şöbə rəhbərləri işdən çıxarılacaq, onların funksiyaları isə təşkilat daxilində digər bölmələrə paylanacaq.

Rutte artıq bu planla bağlı iki daxili toplantı keçirib və rəhbər heyətə islahatın əsas konturlarını açıqlayıb. Mənbələrin sözlərinə görə, təxminən 10-15 vəzifənin ixtisarı nəzərdə tutulur. Əsasən gənc və 6 aylıq müqavilə ilə çalışan əməkdaşlar işdən çıxarılacaq.

Bəzi NATO rəsmiləri bu islahatı İlon Maskın ABŞ-də tətbiq etdiyi DOGE (səmərəlilik təşəbbüsü) modelinə bənzətsə də, digər mənbələrə görə, Rüttenin yanaşması “daha çevik və peşəkar planlaşdırılmış addımdır”.

Qeyd edək ki, NATO qərargahı Brüsseldə yerləşir və orada təxminən 4000 nəfər çalışır, onlardan 1500-ü əcnəbidir.

Qiymət Mahir

tag: NATO,Mark Rutte,Elon MaskElon Mask,DOGE ,Todaypress.tv,