Qahirədə baş vermiş yanğında 22 nəfər xəsarət aldı

Dünya

08.07.2025 11:02

Misirin Səhiyyə Nazirliyi Qahirənin mərkəzində yerləşən Ramses Mərkəzi binasında baş verən yanğın nəticəsində ilkin olaraq 14 nəfərin xəsarət aldığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, hadisə təcili yardım maşınlarının Ramses küçəsində yerləşən Qibti Xəstəxanasına çatdırılması nəticəsində baş vertib. 

Səhiyyə Nazirliyinin sözçüsü Hüssam Əbdülqəffar yerli mediaya açıqlamasında xəsarət alanların sayının 22-yə çatdığını bildirib. Onun sözlərinə görə, yaralılar el-Kattamiye, el-Munira və ed-Dəmirdaş xəstəxanalarına köçürülüb.

Əbdülqəffar qeyd edib ki, yaralanmalar əsasən tüstüdən boğulma və birinci dərəcəli yanıqlarla bağlıdır və bütün yaralıların vəziyyəti sabitdir.

Misirin rəsmi “MENA” agentliyi yazır ki, yanğın Qahirə Mülki Müdafiə Baş İdarəsinin əməkdaşları tərəfindən söndürüldükdən sonra binada yenidən alovlanma ehtimalına qarşı soyutma işləri aparılır.

Dövlətə məxsus Misir Telekommunikasiya Şirkəti yanğına mülki müdafiə qüvvələri ilə birgə operativ müdaxilə edildiyini, söndürmə zamanı işçilərin təhlükəsizliyini təmin etmək və alovun yayılmasının qarşısını almaq üçün binaya elektrik verilişinin tamamilə dayandırıldığını bildirib. Nəticədə bəzi rabitə xidmətlərində müvəqqəti fasilələr yaranıb.

Açıqlamada qeyd olunur ki, yanğınsöndürmə işləri tamamlandıqdan sonra bütün zərər dəyə biləcək xidmətlər müəyyənləşdiriləcək və texniki qruplar rabitə xidmətlərini ən qısa zamanda bərpa etmək üçün işə başlayıblar.

Qiymət Mahir

tag: Qahirə,Misirin Səhiyyə Nazirliyi ,Ramses ,Yanğın,Todaypress.tv,